Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb.
Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər