Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunda daha bir dəst medal sahibinə qovuşub. Apasport.az saytının məlumatına görə, bu gün kişilər 50 metr məsafədən tapança ilə atəş açmada qüvvələrini sınayıblar.
56 idmançının qatıldığı yarışın finalına 8 atıcı vəsiqə qazanıb. Finalda isə çinli Jiaje Mai hədəfə hamıdan dəqiq atəş açıb. O, 194,7 xal toplayaraq qızıl medala sahib çıxıb. Koreyalı Daehun Park 191,4 xallıq nəticə ilə gümüş mükafatçı olub. Koreya millisinin digər üzvü Çenqyonq Kim isə (169,9) “bürünc”lə kifayətlənib.
Yarışda ilk iki yeri tutan idmançılar gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, bu, Çinin Qəbələdə qazandığı ikinci qızıl medal olub. Kişilərin pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışını isə Çao Yifey qazanmışdı.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb