[b]Daha bir güləşçimiz trendə qoşuldu[/b]
20.06.2017 - 00:00
[b]Daha bir güləşçimiz trendə qoşuldu[/b]

Azərbaycan yığmasının güləşçisi Rövşən Bayramov xoş addımla yadda qalıb. Apasport.az saytının məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən Pekin və London Olimpiadalarının gümüş mükafatçısı Azərbaycan əsgərinə yazdığı məktubla ictimaiyyətin diqqətini özünə cəlb edib.

 

İctimaiyyət arasında geniş yayılmış və 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Əsgərə məktub” trendinə qoşulan pəhləvanımız hərbçilərə xoş arzularını çatıdırb.

 

 

30 yaşlı idmançı vətənin keşiyində dayanan milli ordumuzun hər bir üzvü ilə qürur duyduğunu bildirib: “Salam, əziz əsgər! Sizin vətənimizin sərhədlərinin, ərazi bütövlüyümüzün qorunmasındakı xidmətləriniz hər bir Azərbaycan vətəndaşını olduğu kimi, biz idmançıları da qürurlandırır. Sizinlə fəxr edirik. Bütün dünya ötən ilin aprel ayında baş tutan 3 günlük döyüşlərdə Azərbaycan əsgərinin gücünün, qüdrətinin şahidi oldu. Biz əminik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başladılan böyük qayıdış yaxın vaxtlarda uğurla yekunlaşacaq. Biz bu günü səbrsizliklə gözləyirik. Bu şərəfli yolda sizin hər birinizə cansağlığı, möhkəm iradə və əzmkarlıq arzulayırıq”.

 

Qeyd edək ki, qadınlar arasında dünya çempionumuz Mariya Stadnik də əsgərlərə məktub yazıb.