Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, mötəbər yarışın ilk günü millimiz aktivinə 2 medal yazdırıb.
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibəri üzərində qələbə qazanıblar.
Lakin hər iki cüdoçumuz finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər