Yanvar 12-15-də Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub.
Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.
Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar