Rusiyanın paytaxtı Moskvada idman gimnastikası üzrə Mixail Voroninin xatirəsi həsr olunmuş beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız yarışda 3 medal qazanıb.
Gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq, komanda hesabında fərqləniblər. İdmançılarımız yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq, 95.950 xalla turnirin bürünc medalına sahibləniblər.
Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı gimnastımıza gümüş medal (12.266 xal) qazandırıb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız, ikinci bürünc medalını qazanıb.
Heyətimizin gənc təmsilçisi Samirə Qəhrəmanova isə öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.
Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Cavidan sərbəst hərəkətlərdə, Səməd isə turnikdə göstərib. Hər iki idmançımız final çıxışlarını 8-ci yerdə bitiriblər.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib