[b]İŞİD-lə neft alverində ittiham olunan FİDE prezidenti istefa verdi[/b]
07.12.2015 - 11:51
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İŞİD-lə neft alverində ittiham etdiyi rusiyalı iş adamı istefa verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 1995-ci ildən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti olan Kirsan İlyumjinov postundan çəkilib.
Qərar Yunanıstanda keçirilən FİDE-nin növbədənkənar iclasında verilib. İlyumjinov istefasını ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində adının "qara siyahı"da olması ilə əlaqələndirib. Hazırda onun vəzifəsini Yunanıstanın Şahmat Federasiyasının rəhbəri icra edir.
Bu arada Kirsan İlyumjinov ABŞ-dan 50 milyard dollar təzminat tələb etdiyini açıqlayıb. O bildirib ki, Qərbin tətbiq etdiyi sanksiya siyahısına adı nahaqdan daxil edilib. İlyumjinov ABŞ Maliyyə Nazirliyinin bu addımı bilərəkdən, ya yanlışlıqla atdığını dəqiqləşdirmədiyini deyib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0