Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. Apasport.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.
23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.
Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb.
Qeyd edək ki, AMADA Sarıyevayadək daha 5 idmançımızı diskvalifikasiya etmişdi.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər