Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”da üçüncü mərhələnin yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, ABŞ-da baş tutan turnirdə Azərbaycan millisinin idmançısı da qüvvəsini sınayıb.
Üçtəkanla tullanma yarışında ölkəmizi təmsil edən Aleksis Kopello ilk “üçlük”dən kənar qalıb. Turnirin ilk mərhələsində
3-cü olan Kuba əsilli idmançımız bu dəfə 4-cü yeri tutub. O, 17,24 m nəticə göstərib. İlk sıra isə Kristian Teylora (ABŞ) nəsib olub – 17,73 m.
Türkiyəni təmsil edən Ramil Quliyev də uğurlu çıxışla yadda qalmayıb. Həmyerlimiz 200 m məsafəni 20,57 saniyəyə qət etməklə, 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Brilyant Liqa” 14 mərhələdən ibarətdi.
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər