Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı qadınlardan ibarət güləş yığmamız yazdırıb. Apasport.az saytının məlumatına görə, Mariya Stadnik 48 kq çəki dərəcəsində rəqib tanımayıb.
Güləşçimizin finalda bolqarıstanlı Elitsa Yankova üzərində parlaq qələbəsini Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da canlı izləyib. Stadniki məhz Azərbaycanın birinci xanımı mükafatlandırıb.
Belə ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və Avropa çempionuna qızıl medalı Mehriban Əliyeva təqdim edib.
Bunun ardından himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
Qeyd edək ki, bununla Azərbaycan millisinin Bakı-2015-də qızıl medal sayı 7-yə çatıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib