Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında iştirak edəcək futzal üzrə Azərbaycan yığması hazırlığını davam etdirir. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, məşqlərini Bakı Texniki Universitetinin idman zalında keçən millimizin yekun heyəti açıqlanıb.
Bir neçə məşqdə seleksiya işləri aparan və 20-dən artıq futzalçını sınayan baş məşqçi Joze Alesio da Silva onlardan 18-ni toplanışa dəvət etmişdi. Yekun heyətdə isə 12 nəfər yer alıb.
Bunlar Rövşən Hüseynli, Ramiz Çovdarov, Adil İsmayılov, Oktay Rüstəmli (hamısı “Araz”), Kamran Hacıyev, Elşən İbrahimxəlilov, İbrahim Zeynalov (hamısı “Marafon Futsal”), Kənan Manafov, Emin Abbasov (hər ikisi “Avanqard”), Fərid Atakişiyev (EKOL), Nihad İsmayılov (“FK.İD.Futsal”) və Oruc Baxşəlizadədi (“Neftçi”).
Qeyd edək ki, yığmamız aprelin 7-də Türkiyə ilə qarşılaşacaq. Yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub