[b]MMA döyüşçüsü evində öldürüldü[/b]
03.04.2018 - 23:57
Braziliyalı MMA döyüşçüsü Adriano Mamute öldürülüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hadisə onun evində baş verib.
Tibbi ekspertizanın nəticəsinə görə, 29 yaşlı idmançı sinəsindən biçaqlanıb və sifətindən güllələnib. Ailə üzvlərinin sözlərinə görə, onun sifətindən güllə ilə vuran 3 quldur idmançının ölmədiyini görüb və sinəsindən bıçaqlayıb.
Onlar əsl adı Adriano Silbert Santana olan MMA döyüşçüsünü həyat yoldaşı və 9 yaşlı övladının gözü önündə qətlə yetiriblər.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0