Finlandiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə buz üstdə rəqslər üzrə qısa proqrama yekun vurulub.
Ölkəmizi təmsil edən Anastasiya Qalyeta və Avidan Braun cütünün çıxışı 45,58 xala layiq görülüb. İdmançılarımız 32 duet arasında 31-ci yeri tutub. Həlledici mərhələ sayılan sərbəst rəqslərə yalnız 20 cüt çıxdığından idmançılarımız mundialla vidalaşıb.
Bunadək isə kişilərin yarışındakı təmsilçimiz Larri Loupolover uğursuzluğa düçar olmuşdu. Qışa proqramdakı çıxışı 38,97 xalla dəyərləndirilən idmançımız 36 iştirakçı arasında sonuncu yeri tutub. Sərbəst proqramda çıxış hüququ isə yalnız 24 idmançıya verilib.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib