Malayziyanın paytaxtı Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirdə artıq 2 möhtəşəm yarışın ev sahibinin adı dəqiqləşib.
Belə ki, 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları Çinin paytaxtı Pekinə həvalə edib. Pekin yekun səsvermədə Qazaxıstanın Almatı şəhərini geridə qoyub.
Sayca XXIV Ağ Olimpiada 4-20 fevralda, Paralimpiada isə 4-13 martda olacaq.
Sessiyada, həmçinin 2020-ci ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını da təşkil edəcək şəhərin adı müəyyənləşib. Rumıniyanın Braşov şəhəri ilə mübarizə aparan İsveçrənin Lozanna şəhəri ev hüququna yiyələnib.
Qeyd edək ki, Pekin 2008-ci ildə Yay Olimpiya Oyunlarına da ev sahibliyi edib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb