Cüdo yığmamızın növbəti Olimpiya mərhələsi üçün ilk yarışı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın Rio-2016-dan sonra “siftə”si Qran-pri turnirinə təsadüf edəcək.
Millimizin baş məşqçisi Peter Zayzenbaher Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq yarışa əsas heyət üzvlərini aparmayacaq. Rio-2016-nın iştirakçılarına istirahət verən mütəxəssis Qran-pridə Murad Heydərli, Tofiq Məmmədov (hər iksi 60 kq), İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Vasif Şərbətli, Ziya Namazov (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınaqdan keçirəcək.
Yarışda 17 ölkədən 150 (90 kişi, 60 qadın) cüdoçunun iştirakı gözlənilir.
Qeyd edək ki, Qran-pri oktyabrın 6-8-də olacaq.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib