Fevralın 3-də Bolqarıstanın paytaxtı Sofiyada kişi cüdoçülar arasında açıq Avropa Kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Yığmamızın məşqçilər korpusu Sofiyada 19 cüdoçunu sınamağa qərar verib. Bunlar Mehman Sadıqov, Tofiq Məmmədov, Sadiq Məhərrəmov (hər üçü 60 kq), Tərlan Kərimov, İlkin Babazadə, İsmayıl İbrahimov, İlqar Müşkiyev (hamısı 66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Fəqan Quluzadə, Afiq Səfərli, Coşqun Abdullayev (hər üçü 81 kq), Abdulhaqq Rəsullu, Qurban Qurbanov, Rüfət İsmayılov (hər üçü 90 kq), Adil Kərimli, Sənan Əhmədov, Cəfər Əkbərli (hər üçü 100 kq) və Uşanqi Kokauridi (+100 kq).
Avropa Kubokunda 30 ölkədən 261 idmançının iştirakı gözlənilir.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər