Rusiyanın Xantı-Mansiysk şəhərində şahmatçılar arasında keçirilən komandalararası dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, qadınların yarışında mübarizə aparan Azərbaycan yığmasının çıxışı uğursuz alınıb.
Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Xanım Balacayevadan ibarət komandamız 10 ölkə arasında 9-cu yeri tutub. Belə ki, yığmamız keçirdiyi 9 turda cəmi 5 xal toplayıb. Şahmatçılarımız Misirə 4:0 hesabı ilə qalib gəlib, Rusiya, Çin və ABŞ-la heç-heçə oynayıb -2:2. Millimiz Polşa (0,5:3,5), Vyetnam (1,5:2,5), Ukrayna (1,5:2,5), Gürcüstan (1:3) və Hindistana (1:3) isə uduzub.
Dünya çempionatının qalibi adını 16 xal toplayan Rusiya qazanıb. Onlardan 3 xal geri qalan Çin ikinci, aktivində 12 xal olan Gürcüstan üçüncü olub.
Növbəti pillələrdə müvafiq olaraq, Ukrayna, Hindistan (hər ikisi 12 xal), Polşa (9), ABŞ (6), Vyetnam, Azərbaycan (hər ikisi 5) və Misir (0) qərarlaşıb.
Qeyd edək ki, mübarizə aparmadığınız kişi şahmatçıların mübarizəsində dünya çempionu adı Çinə (16 xal) nəsib olub. Rusiya (15 xal) ikinci, Polşa (12) üçüncü yeri tutub.
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir