[b]Saymon Kleq: Vaxt hər şeyi özü tənzimləyəcək[/b] - MÜSAHİBƏ
16.04.2015 - 14:27
[b]Saymon Kleq: Vaxt hər şeyi özü tənzimləyəcək[/b] - MÜSAHİBƏ

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatı işləri ilə məşğul olan mütəxəssis həmkarlarımıza son xəbərləri verib, Bakıda gedən işlərdən danışıb.

 

- Azərbaycanda çoxdandı çalışırsız? Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nə vaxt yaradılıb və orada nəyə cavabdehsiz?

- Təxminən 1 ildən artıqdı Bakıda yaşayıram. Lakin buna qədər 1 il Avropa Olimpiya Komitəsinin icraçı-direktoru kimi hər ay Bakıya yollanıb, orada 1 həftə qalırdım. Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi 2013-cü ilin əvvəlində yaranıb. Bu, 2012-ci ilin dekabrında Avropa Oyunlarının Bakıya verilməsindən sonra olub. Vəzifələrimə gəlincə, əməliyyatlar üzrə baş direktor kimi böyük beynəlxalq yarışın bütün aspektlərinə cavabdehəm. Bu turniri son 50 ilin ən iri miqyaslı idman hadisəsi hesab edirlər. Hər qitənin öz oyunları var: Panameraka Oyunları, Asiya və ya Afrika Oyunları. Lakin Avropanın belə oyunları olmayıb. Buna görə də qarşıdakı yarış Avropa atletləri üçün yeni və vacib hadisədi. Bunu da bütün dünyada izləyəcəklər.

 

- Bakıda yaradılan infrastruktur Olimpiya Oyunlarını keçirmək üçün yetərlidimi?

- Əlbəttə. Bəzi idman qurğuları Olimpiya standartlarına cavab verir. Demək olar ki, yeni atıcılıq kompleksi hazırda dünyanın ən yaxşısı və ya dəqiq desək, ən yaxşılarından biridi. Amma düşünürəm ki, həmçinin etiraf etməliyik ki, Bakıya bu idman qurğularının çoxu vacib idi. Azərbaycan gənc ölkədi. Onun ərazisində 10 milyon əhalisi olan ölkə üçün yetərli olan infrastruktur qurulmamışdı.

 

- Bakının gələcəkdə Olimpiya Oyunları keçirmək şansları varmı?

- İlk növbədə deməliyəm ki, bu, mənim vəzifəmdən kənar sualdı. Bakının Olimpiada keçirib-keçirmədiyinə uyğun gəlib-gəlmədiyini başqa adamlar qərar verir. Hazırda mən I Avropa Oyunlarının təşkilinə köklənmişəm. Gəlin, bu müddətdə yalnız yarışlara diqqət ayıraq. Vaxt hər şeyi özü tənzimləyəcək. Bu sualla bağlı qərarlar isə kim tərəfindənsə veriləcək.

 

- Dediz ki, Oyunları bir çox ölkələrdə izləyəcəklər. Avropa Oyunlarının konkret harada nümayiş olunacağını sadalaya bilərsiz?

- Biz Şimali Amerikada qərarlaşan şirkətlə müqavilə imzalamışıq. Bu, həm ABŞ, həm də Kanadaya aiddi. Əksər Avropa ölkələri ilə razılıq barədə açıqlamalar vermişik. Hələlik yalnız 2 bazar qalıb ki, orada tərəfdaş tapmalıyıq. Bu, Rusiya və Böyük Britaniyadı. Amma Almaniya, İtaliya, İspaniya, Yunanıstan və Finlandiya ilə müqavilələri rəsmən təqdim etmişik. Avropanın böyük hissəsi ilə əməkdaşlıq edirik. Məni ən çox heyran edir ki, bizim ilk layihəmizə Avropadan kənardan da maraq göstərirlər. Baxmayaraq ki, bu, Avropa Oyunlarıdı. Məsələn, Çinin mərkəzi televiziyası 447 milyon tamaşaçı auditoriyasına malikdi. Biz Hindistanla müqavilə barədə xəbər vermişik. Əminəm ki, qarşıdakı həftədə bir çox müqavilələr haqda məlumatlar olacaq. Bunlar həm Avropa, həm də qitədən kənar ölkələr olacaq. Dünyanın böyük hissəsi Avropa Oyunlarını izləyəcək.  

 

- Rusiya teleyayım xidmətləri ilə müqavilə imzalanmayıb. Rusiyalıların Avropa Oyunlarını izləmək imkanları olacaqmı?

- Biz hələ Rusiya tərəfi ilə müqavilə imzalamamışıq. Mən bu haqda rəsmi danışmışam və yenə bunu deməkdən xoşbəxtlik duyuram ki, qarşıdakı həftələrdə Rusiyanın teleyayım şirkətlərindən biri ilə müqavilə bağlayacağıq.