Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kubokunda qadınların hava tapançası ilə 10 metrdən atəş açma yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adına Zorana Arunoviç layiq görülüb.
İki ay əvvəl Bakıda Avropa Oyunlarının qalibi olan serbiyalı atıcı 199 xal toplayıb. Bu medal Serbiya yığmasının Qəbələdə ilk mükafatı olub. O, həlledici atəşdə çinli Yuemey Lini 1,3 xal qabaqlayıb.
Taypeyli Çia Çen Tien 177,3 xal toplayıb. Asiyalının həlledici mərhələyə çıxması üüçn 0,1 xal kifayət etməyib.
Azərbaycan atıcıları yarışı təsnifat mərhələsində başa vurub. Nigar Nəsirova 377 xalla 33-cü, Zərifə Qasımova 370 xalla 82-ci, Nəzrin Abbaslı 364 xalla 95-ci olub.
Qeyd edək ki, bu növdə 102 idmançı qüvvəsini sınayıb.
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO