Xorvatiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının IX turunda Finlandiya ilə görüşdəki xal itkisi Ante Çaçiçin istefası ilə nəticələnib.
1:1 hesablı heç-heçə ilə mundial şansını çətinə salınması Xorvatiya Futbol Federasiyasının səbr kasasını daşırıb. Bu üzdən də 2015-ci ilin sentyabrından yığmaya rəhbərlik edən Çaçiç vəzifəsindən kənarlaşdırılıb.
Ukrayna ilə həlledici qarşılaşmadan iki gün öncə baş məşqçi dəyişikliyini zəruri sayan federasiya bu posta Zlatko Daliçi gətirib. 50 yaşlı mütəxəssisin son iş yeri BƏƏ-nin “Əl-Əyn” klubu olub.
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib