[b]Yığma Avropa çempionatına liderlərlə gedir[/b]
19.10.2017 - 10:38
Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanda şahmat üzrə komandalararası Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milliləri də iştirak edəcəklər.
Artıq komandaların heyəti açıqlanıb. Kişilərdən ibarət yığmamız yarışa liderlərlə qatılacaq. Komandamızın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov daxil edilib.
Qadınlardan ibarət millimiz isə Avropa çempionatında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva ilə mübarizə aparacaq.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0