[b]Yığmamız 3-cü dəfə Avropa çempionu oldu[/b]
06.11.2017 - 22:40
[b]Yığmamız 3-cü dəfə Avropa çempionu oldu[/b]

Şahmat üzrə kişilərdən ibarət millimiz 3-cü dəfə Avropa çempionu adına yiyələnib. Apasport.az saytının məlumatına görə, yığmamız bu nailiyyətə Yunanıstanında keçirilən yarışda imza atıb.

 

Həlledici turda Ukrayna millisi ilə qarşılaşan şahmatçılarımız görüşdən heç-heçə ilə ayrılıblar - 2:2. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə ruslar da 14 xalla ilk pilləyə şərik çıxsalar da, əlavə göstəricilərdə millimiz daha üstün olduğu üçün 2009 və 2013-cü illərdə olduğu kimi, yenə qitə çempionu adına sahib çıxıb.

 

İkinci yeri Rusiya tutduğu halda, 3-cü pillənin sahibi Ukrayna olub. 

 

Avropa çempionatı, IX tur

Azərbaycan - Ukrayna - 2:2 

 

Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5

Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5

Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5

Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

0