2018-ci ildə Rusiyada fiqurlu konkisürmə üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 15-21-də Moskvada baş tutacaq yarışda ölkəmizin şərəfini 4 idmançı qoruyacaq.
Kişilərin mübarizəsində Larri Loupolover 37 iştirakçı sırasında yer alıb. Buz üzərinə çıxacaq xanım 41 konkisürəndən də biri təmsilçimiz olacaq. Millimiz bu yarış üçün Kim Çeremskini sifariş etsə də, Morqan Fludu da ehtiyat siyahıya daxil edib.
Cütlərin yarışında isə ölkəmiz adından Sofiya Karaqodina və Semyon Stepanov mübarizə aparacaqlar. Burada 17 cüt qüvvəsini sınayacaq.
Yığmamız yalnız buz üzərində rəqslərdə medal görüşünə qatılmayacaq.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər