Rusiyanın Kazan şəhərində keçirilən badminton üzrə Avropa çempionatında iştirak edən kişilərdən ibarət milli komandamız qrup mərhələsində son görüşünə çıxıb. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın bu dəfəki rəqibi qrup lideri Almaniya millisi olub.
Şəxsi görüşlərdə Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Ezmi Qovimuramadhoni rəqiblərinə 0:2 hesabı ilə uduzub. Eyni hesab qoşa yarışlarda da qeydə alınıb. Səbuhi Hüseynov və Cahid Əlhəsənov almaniyalı badmintonçulara 0:2 hesabı ilə məğlub olub. Kənan Qələndərov və Ezmi Qovimuramadhonin yer aldığı axırıncı qoşa yarışında da üstün olan tərəf rəqib olub. Yekunda görüş Almaniya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız bunadək qrupda Lüksemburq və İslandiyaya da məğlub olmuşdu.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib