Bu gün İsveçrənin Montrö şəhərində taekvondo üzrə Avropa çempionatına start veriləcək. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, yığmamızın yarış üçün heyəti son anda bəlli olub.
Belə ki, kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandamızın çalışdırıcısı Sun Mi Park yarışa qatılacaq taekvondoçuların adlarını İsveçrədə açıqlayıb.
Yığmamız yarışa Məcid Sofiyev, İlham Əliyev (hər iksi 54 kq), Məmmədalı Quliyev (58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi 74 kq), Milad Beigi Harçeqani, Ramin Əzizov (hər ikisi 80 kq), Payam Qubadi Oğaz (87 kq) və Radik İsayevlə (+87 kq) qatılacaq.
Qadınların yarışında isə ölkəmizi İlayda Kardelen Çiftçi (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (-62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.
Çempionata ümumilikdə 37 ölkədən 387 taekvondoçu qatılacaq.
Qeyd edək ki, yarışın ilk günündə Əliyev, Sofiyev Quliyev və Çiftçi mübarizəyə qoşulacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib