Rusiyanın Xantı-Mansiysk şəhərində həmyerlimiz, Sibirdə nefti kəşf edən Fərman Salmanovun xatirəsinə həsr olunan Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. "Baku Fires"in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 69 kq çəki dərəcəsində mübarizə aparan klubunun üzvü Yevgeni Ramaşkeviç ilk görüşdə tacikistanlı Asomiddin Burxanovu məğlub edib.
Boksçumuz ikinci qarşılaşmada yerli idmançı Tamerlan Maqomedov üzərində qələbə qazanıb. Ramaşkeviç finalda qazaxıstanlı Azamat Dosmaqambetovla üz-üzə gəlib. Gərgin mübarizədə qalib gələn Ramaşkeviç Neft Ölkələrinin Dünya Kubokunda komandamıza yeganə qızıl medalı qazandırıb.
60 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov ilk görüşdə Belarus nümayəndəsinə uduzaraq, mübarizədən kənarda qalıb.
Ramal Yusifzadə (56 kq) ilk mərhələdə Avropa Oyunlarının qalibi Baxtovar Nazirova məğlub olub. İbrahim İbrahimov (52 kq) təcrübəli moldovalı Aleksandr Rışkana yenilib.
Qadınların yarışında çıxış edən Anaxanım Ağayeva (51 kq), Ayzanat Hacıyeva (60 kq) və Leyla Cavadova (75 kq) medalsız qalıblar. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub