[b]AÇ-2016: Meydan sahibləri də heyəti açıqladı[/b]
13.05.2016 - 00:02
[b]AÇ-2016: Meydan sahibləri də heyəti açıqladı[/b]

Fransada keçiriləcək Avropa çempionatında iştirak üçün komandalar heyətlərini açıqlamağa davam edirlər. Apasport.az saytının məlumatına görə, artıq meydan sahibləri də geniş heyəti ictimaiyyətə təqdim edib. Bu barədə Fransa milli komandasının rəsmi tvitter səhifəsi açıqlama yayıb.

 

Qapıçılar: Huqo Lloris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”), Benuo Kostil (“Renn”)

 

Müdafiəçilər: Lyuka Din, Loran Kosielni (hər ikisi “Arsenal”), Patris Evra (“Yuventus”), Eliakim Manqala, Bakari Sanya (hər ikisi “Mançester Siti”), Kristof Jalle (“Lion”), Rafael Varan (“Real”), Jeremi Matye (“Barselona”)

 

Yarımmüdafiəçilər: Yohan Kabaye (“Kristal Palas”), Lassana Diarra (“Marsel”), Blez Matuidi (PSJ), Pol Poqba (“Yuventus”), Nqolo Kante (“Lester”), Musa Sissoko (“Nyukasl”)

 

Hücumçular: Andre-Pyer Jinyak (“Tiqres”), Dmitri Paye (“Vest Hem”), Oliver Jiru (“Arsenal”), Antuan Qrizman (“Atletiko”), Kinqsli Koman (“Bavariya”), Antoni Marsyal (“Mançester Yunayted”)

 

Ehtiyat oyunçular: Alfons Areolya (“Vilyareal”), Cibril Sidibe (“Lill”), Samuel Umtite (“Lion”), Morqan Şneyderlin (“Mançester Yunayted”), Adrien Rabyo (PSJ), Hatem Ben Arfa (“Nitsa”), Aleksandr Lakazet (“Lion”) və Kevin Qameyro (“Sevilya”)

0