İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə “Frivolten Cup” adlı beynəlxalq turnir yekunlaşıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək, 3 medal qazandılar.
İdmançımız Dmitri Fedorovski ikili minitrampda bürünc medal əldə edib. O, həmçinin özünü fərdi çıxışda nümayiş etdirərək, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qadınlar arasında fərdi çıxışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək, Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırıb.
Parallel olaraq, İsveçrənin Jenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda, qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak edirdi. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşıblar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı