Bu gün Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışa Azərbaycan yığması 3 velosipedçi ilə qatılıb.
Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19.40-da start veriləcək.
Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək.
Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq.
Sergey Omelçenkoya gəlincə, o sabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT