Bakı-2015 I Avropa Oyunlarının basketbol üzrə 3x3 yarışlarının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda 10 ədalət təmsilçisi iştirak edəcək.
Bunlardan ikisi - Canluka Mattioli (İtaliya) və Marek Maliszevski (Polşa) baş hakim funksiyasını yerinə yetirəcək. Digər 8 hakim isə 6 ölkəni təmsil edir. Bunlar Erik Bertrand (İsveçrə), Vlad Çizdareanu (Rumıniya), Yelena Çernova (Rusiya), Edit Oudshoorn (Hollandiya), Yeqor Mitrofanski, Rauno Peerandi (hər ikisi Estoniya),
Ələkbər Həsənov və Ruslan Xalıqovdu (hər ikisi Azərbaycan).
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub