AİBA Pro Boxing (APB) turnirində növbəti mərhələdə döyüşlərin keçiriləcəyi şəhərlər və hansı boksçuların üz-üzə gələcəyi məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışda ölkəmizi iki idmançı – Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.
Çələbiyev Çin Xalq Respublikasının Quyanq şəhərində argentinalı Alberto Melianla üz-üzə gələcək. Cənubi Amerikalı boksçu APB-də 3 görüşdə qələbə qazanıb, 1-də məğlub olub. 24 yaşlı idmançı 2012-ci ildə London Olimpiadasında iştirak edib. 56 kq çəki dərəcəsində digər görüşlərdə Benson Njangiru (Keniya) Jiavei Jhangla (Çin), Sanqmeyonq Ham (Koreya) Matti Kottayla (Finlandiya), Hakan Erseker (Almaniya) isə Yoni Blankoyla (Venesuela) üz-üzə gələcək.
İki qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov Mərakeşdə rinqə çıxacaq. Milli komandamızın üzvü yerli boksçu Məhəmməd Arjaoui ilə qarşılaşacaq. 27 yaşlı Arjaoui APB-də 3 görüşdə qələbə qazanıb, birində uduzub. Super ağır çəki dərəcəsində digər döyüşlər:
Maqomed Omarov (Rusiya) – Mixay Nistor (Rumıniya)
Toni Yoka (Fransa) – Ali Eren Demirezen (Türkiyə)
Frank Sançez (Kuba) – Ali Kıydın (Almaniya)
Məcidov iyunun 5-də, Çələbiyev isə bir gün sonra rinqə çıxacaq.
Qeyd edək ki, əvvəllər 69 və +91 kq çəki dərəcəsində AİBA Pro Boxing turnirinin döyüşləri Bakıda keçirilirdi. 69 kq çəki dərəcəsində yarışı bu dəfə Rusiya paytaxtı qəbul edəcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı