İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında və seminarında Azərbaycan nümayəndə heyəti iştirak edəcək
May 18-21-də İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci seminarı keçiriləcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, tədbirdə Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov təmsil edəcəklər.
Mayın 19-da AOK-nin İcraiyyə Şurasının üzvü olan Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Şurasının iclasına da qatılacaq. Növbəti 2 gündə isə AOK-nin seminarı çərçivəsində Yay Olimpiya Oyunları (əsas və yeniyetmələr) haqqında hesabat olacaq. Tədbir çərçivəsində Atletlər komissiyaların iclasının keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, iclasda 38-ci seminarının keçiriləcəyi ölkənin adı da açıqlanacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib