Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılova məktub göndərib. Apasport.az saytının məlumatına görə, məktubda həmyerlimizin büro üzvü kimi fəaliyyət göstərəcəyi, qitə boksunun inkişafına dəstək olacağına əminlik ifadə edilib:
“Siz AİBA və EUBC komissiyalarında Avropa boksunun inkişafı üçün böyük işlər görmüsünüz. Bundan sonra EUBC nizamnaməsinin 38-ci bəndinə uyğun olaraq, Avropa Boks Konfederasiyasının büro üzvü kimi fəaliyyət göstərəcəksiniz. Əminəm ki, siz bu işin öhdəsindən uğurla gələrək, Avropa boksunun inkişafı üçün əlinizdən gələni edəcəksiniz”.
Qeyd edək ki, Süleyman Mikayılov ötən ay İtaliyanın Assizi şəhərində keçirilən toplantıda EUBC büro üzvü seçilib. Mikayılov eyni zamanda, AİBA İcraiyyə Komitəsində də ölkəmizi təmsil edir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı