Keçmiş dünya çempionu xərçəngə tutulub
08.03.2014 - 05:01
Keçmiş dünya çempionu xərçəngə tutulub

 

 

Boks üzrə keçmiş dünya çempionu, macarıstanlı Karol Balazi xərçəng xəstəliyinə tutulub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı Balazi Budapeştdəki müqəddəs Laslo klinikasında kimyaterapiya kursu alır.

 

Boksçu özü optimist əhval-ruhiyyədədir: “Bu rəqibi mən seçməmişəm, özü gəlib. Amma mən yenə də qalib olacağam”.

 

Macarıstanlı boksçu özünü pis hiss edərək həkimlərə müraciət edib. Əvvəlcə ona kəskin virus infeksiyası diaqnozu qoyulub. Amma daha dərin müayinədən sonra Balazinin xərçəng xəstəliyinə tutulduğu müəyyən edilib.

 

Balazinin professional karyerası 2004-2012-ci illəri əhatə edir. O, professional rinqdə 27 döyüş keçirib, 25 döyüşdə qalib gəlib (18 döyüşdə nokautla), 2 görüşü uduzub. 76,2 kiloqram çəki dərəcəsində çıxış edən boksçu 2009-cu ildə WBO versiyası üzrə dünya çempionu titulunu qazanıb.

 

 

0