Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Düsseldorfda keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan millisinin aparıcı idmançılarından irəliləyən olmayıb.
Hacıağa Hacıəhmədovun yetirmələri Almaniyada təşkil olunan yarışda medala həsrət qaldıqlarından ən yaxşı halda öz çəkilərində mövqelərini qoruyublar. Belə ki, həmyerlilərimizdən Orxan Səfərovla (60 kq) Elxan Məmmədov (100 kq) 4-cü, Elmar Qasımov (100 kq) 5-ci, Rüstəm Orucov (73 kq) 9-cu, İlqar Müşkiyev (60 kq) 10-cu, Kifayət Qasımova (57 kq) 25-ci, Şahin Qəhrəmanov (90 kq) 29-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Məhəmmədəli Mehdiyev (81 kq) 52-ci pilləni tərk etməyiblər.
Onlardan fərqli, 6 rəqibini özündən irəli buraxan Tərlan Kərimov (66 kq) 43-cü yerə enib. Hərəyə 1 pillə geriləyən Nicat Şixəlizadə (66 kq) 13-cü, Tural Səfquliyev (81 kq) 73-cüdü.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı