Dünya Taekvondo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluq” yığmamızın üzvləri üçün elə də uğurlu alınmayıb.
Belə ki, Olimpiya çempionumuz Radik İsayev uzun fasilədən sonra dünya reytinqində liderliyi təhvil verib. Aktivində 431,72 xal olan təmsilçimiz +80 kq çəki dərəcəsində ikinci yerə enib. Onu Vladislav Larin qabaqlayıb. Rusiyalı taekvondoçu İsayevi 8,87 xal geridə qoyub.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə mövqeyini itirib. Olimpiya mükafatçımız Radik kimi ikinci yerdədi. Onun aktivində 448,33 xalı var. Təmsilçimiz ilk pillədəki yerini Şeyx Saleh Junior Sisseyə (Fil Dişi Sahili, 515,54) təhvil verib.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də 1 rəqibini özündən irəli buraxıb. 8-ci pilləyə yerə enən həmyerlimiz 203,50 xala malikdi.
Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib