Rusiyanın paytaxtı Moskvada 10 m atəş açmaq üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 8 snayperlə qatılan Azərbaycan millisinin ilk cəhdi uğursuz alınıb.
Belə ki, gənclərin mübarizəsində 10 m məsafəyə tapançadan atəş açan Nərminə Səmədova çempionata vaxtından əvvəl vida edib. O, təsnifat mərhələsini 20-ci yerdə (367 xal) başa vurduğu üçün finala yüksələ bilməyib. Bu uğursuzluq Səmədovanın avqustda Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansının da üstündən xətt çəkib.
Lakin Olimpiada-2014-ə lisenziya üçün Urfan Axundov da şansını yoxlayacaq.
Qeyd edək ki, çempionat martın 5-də bitəcək.
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT