Kişinyovda taekvondoçular arasında keçirilən “Moldova Open” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, G1 kateqoriyalı yarışa 23 idmançı ilə qatılan Azərbaycan millisi turnirdə 9 medal qazanıb.
Taekvondoçularımızdan İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (87 kq) heç bir rəqibinə şans verməyərək, “Moldova Open”in baş mükafatına sahib olublar. Nurgül Çeliklə (49 kq) Sina Bahrami (63 kq) gümüş medalla kifayətləniblər.
Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq), Parisa Kafael Mohammad Nejada (+73 kq) və Əhməd Mohammadi (+87 kq) isə 3-cü yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı