Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov qeyri-adi turnirə qatılacaq. Apasport.az saytının məlumatına görə, iyulun 12-dən 20-dək İtaliyanın Berqamo şəhərdə baş tutacaq “Golden Classic”də 7 şahmatçı iştirak edəcək.
Peşəkar Şahmatçılar Assosiasiyasının təşkil etdiyi yarışın özəlliyi oyunların köhnə qayda ilə keçirilməsidir. Belə ki, oyunçular qarşılaşmalar uzandığı zaman matçı təxirə salmaq imkanına malik olacaq. Hərçənd, son illərdə matçın sonradan davam etdirilməsinə təsadüf olunmurdu.
Turnirdə Rəcəbovla yanaşı, Yan Nepomnyaşi, Uesli So, Zoltan Almaşi, Daniele Vokatura, Sabino Brunello və Emil Sutovski mübarizə aparacaqlar.
Qeyd edək ki, 2 il öncə baş tutan analoji yarışın qalibi Vasili İvançuk olub.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"