Stend atıcılığı üzrə Azərbaycan millisi İtaliyada keçiriləcək dünya çempionatı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-17-də Lonatoda təşkil ediləcək mundialda ölkəmizin idman şərəfini 8 snayperlə təmsil olunacaq.
Komandamızın baş məşqçisi Hafiz Cəfərov Rioya da lisenziya xarakteri daşıyacaq yarışda Paşa Əhədpur, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova (hamısı skit), Əli Hüseynli və Elvin İsmayılova (hər ikisi trap) şans verəcək. Həmçinin, gənclərin yarışında Niyaz Ağazadə (skit) və Əlimirzə Quliyev (trap) hədəf önünə keçəcəklər.
Qeyd edək ki, mundialda 92 ölkədən 807 idmançı iştirak edəcək.
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı