Yığmamız Qran-pri öncəsi zədə problemi ilə üzləşdi
09.06.2014 - 12:55
Yığmamız Qran-pri öncəsi zədə problemi ilə üzləşdi

Taekvondo üzrə Azərbaycan yığması iyulun 8-12-də Çində keçiriləcək Qran-pri turnirində tam heyətlə iştirak edə bilməyəcək. Bu barədə məlumatı apasport.az saytına kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Ələkbər İmaməliyev verib.

 

Onun sözlərinə görə, Olimpiada reytinq xalı verəcək yarışa 6 taekvondoçumuz dəvət alsa da, onlardan ikisi zədə səbəbindən yarışa aparılmayacaq: “Qran-pridə idmançılar dünya reytinqindəki xallarına əsasən mübarizə aparırlar. Komandamızda Mikayıl Əliyev (54 kq) və Marina Tedeyeva (73 kq) üçün dəvət gəlsə də, onların ayaqlarında problem var və bunun müalicəsi ilə məşğuldurlar. Çindəki yarışa isə Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) isə turnirə qatılacaqlar”.

 

İmaməliyev bildirib ki, Avropa çempionatından sonra istirahətə buraxılan yığmamız iyunun 10-dan sonra yenidən bir araya gələcək. Təlim-məşq toplanışı isə Bakıda təşkil olunacaq.

 

 

 

 

0