Çinin paytaxtı Pekində keçirilən atletika üzrə dünya çempionatında Azərbaycan yığması mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, mundiala iki idmançı ilə yollanan millimizin üzvləri start xəttinə çıxıb.
Anna Skidan qadınların çəkicatma yarışlarında qüvvəsini sınayıb. Təsnifat mərhələsində 3 cəhddə mübarizə aparan atletimiz 66,91 m nəticə göstərib. O, 31 iştirakçı arasında 23-cü yeri tutub.
Bu nəticə Skidana sabah keçiriləcək final mərhələsinə yüksəlmək imkanı verməyib. Belə ki, həlledici raunda yalnız 12 atlet vəsiqə əldə edib. Təmsilçimiz 12-ci pilləsən 2,95 m geri qalıb.
Kişilərin 5000 m məsafəyə qaçış yarışlarında çıxış edən Hayle İbrahimov da finala yüksələ bilməyib. O, ikinci yürüşdə qüvvəsini sınayıb. 13 dəqiqə 28,77 saniyə nəticə göstərən atletimiz həm 2-ci yürüşdə, həm də ümumilikdə 41 iştirakçı arasında 14-cü olub.
Bu nəticə ona avqustun 29-da keçiriləcək finalda çıxış etmək imkanı verməyib. Atletimiz 1-ci yürüşdə çıxış edən bütün idmançılardan yaşı nəticə göstərib. Lakin finala hər yürüşün 5 ən yaxşısı və bu “10-luğ”a düşməyənlər arasında ən yaxşı nəticəyə malik 5 idmançı yüksəlib.
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO