Yığmamız Avropa çempionatının yarımfinalında
12.09.2025 - 14:31
Yığmamız Avropa çempionatının yarımfinalında

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb.

İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.

Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.