
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununa çıxıb.
B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşma albanların üstünlüyü ilə keçib. Rəqib komanda 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Monteneqro qarşılaşacaq.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 4-cü qrup
II tur, 21 fevral
17:30. Albaniya - Azərbaycan - 4:0
Baş hakim: Martina Molinaro (İtaliya)
Rrogozhine stadionu