
Misli Premyer Liqasının XXXI turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" matçından (1:1) sonra qonaqların məşqçisi Yunis Hüseynovun mətbuat konfransı keçirilib.
"Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara baxacağıq. Çalışacağıq k, yaxşı nəticələr əldə edək. Bu gün iki xal itirdik".
- Gözləmək olardı ki, risk edəsiz və əsas rəqibə çatasız. Amma etmədiz. Niyə?
- Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə çatırdıq. "Va bank" da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, "va bank" getmədik.
- Jo Batişta niyə oynamadı? Zədələnib?
- Bəli. zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat olunacaq. Mövsümü demək olar ki, bitirib. Komandamızda zədəlilər çoxdur. Qayıtsalar, oyunumuz tamam başqa cür olacaq.
- Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- "Dinamo"dan "Neftçi"yə - Rəsmi
- Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"
- "Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib