“Zirə”dən şok məğlubiyyət - YENİLƏNİB
29.04.2024 - 20:57
“Zirə”dən şok məğlubiyyət - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün yeganə matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb. 

"Neftçi" və "Sumqayıt"ın kritik matçlarda qələbə qazandığı bir vaxtda Rəşad Sadıqovun yetirmələri vacib 3 xal itirib. Elmar Baxşıyevin gəlişindən sonra isə Naxçıvan təmsilçisi ilk qələbəsini qazanıb. 

Azərbaycan Premyer Liqası

XXXII tur

29 aprel 

19:00. “Zirə”– “Araz-Naxçıvan” 0:1

Qol: Ribeiro, 89
Hakimlər:
 Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
 

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo

Baş məşqçi: Elmar Baxşıyev

 

0