“Zirə”dən “Kəpəz”ə - RƏSMİ
15.07.2025 - 09:12
“Zirə”dən “Kəpəz”ə - RƏSMİ

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Məqsəd İsayevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Məqsəd İsayev son olaraq “Zirə”də çıxış edib.