“Zirə”nin gözü “Qəbələ”nin legionerində
01.06.2022 - 13:19
“Zirə”nin gözü “Qəbələ”nin legionerində

Azərbaycanı növbəti mövsüm Konfrans Liqasında təmsil edəcək “Zirə” transfer çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, paytaxt klubunun maraq dairəsində olan ilk iki oyunçu bəlli olub.

Onlar da ötən mövsümü Azərbaycan Premyer Liqasında keçirənlərdir. Yay fasiləsində “Sabah”la yollarını ayıran müdafiəçi Slavik Alxasov “Zirə”yə keçməyə yaxındır. 29 yaşlı cinah oyunçusu ilə danışıqlar son mərhələdədir. Slavik digər bir neçə elita təmsilçisinin də gündəmindədir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun sərəncamında görmək istədiyi digər oyunçu isə “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviçdir. “Qəbələ” ilə müqavilə müddəti başa çatan monteneqrolu orta sahə oyunçusu ilə danışıqlar aparılır. Ancaq bölgə təmsilçisi özü də 25 yaşlı Vukçeviçi heyətində saxlamaqda maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Stefan Vukçeviç 26, Slavik Alxasov isə 15 oyun keçirib.

0