“Abşeron”dan növbəti qələbə
10.10.2024 - 23:11
“Abşeron”dan növbəti qələbə

"Abşeron" basketbol klubu növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, komanda "Gəncə" ilə qarşılaşıb.

Bakı idman sarayında keçirilən görüşdə "Abşeron" qalib gəlib. Qarşılaşma 79:69 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Abşeron" ilk yoxlama matçında "Naxçıvan"a 84:82 hesabı ilə qalib gəlib.

0