"Sabah"ın basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveçin "Nörrçöppinq Dolfins" klubunu qəbul edib.
Təmsilçimiz bu dəfə 70:74 hesabı ilə uduzub.
Qeyd edək ki, "Sabah" daha əvvəl G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) isə doğma meydanda 70:82 hesabı ilə məğlub olub.
Avropa kuboku
III tur, G qrupu
23 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Nörçöppinq” (İsveç) - 70:74 (16:17, 24:18, 14:24, 16:17)
Hakimlər: Karsten Straube (Almaniya), Petr Hruşa (Çexiya), Ali Sakaçı (Türkiyə)
Bakı İdman Sarayı